RU

1010 gün ərzində Rusiya Ukraynanın cəmi 1%-dən az ərazisini işğal edib – DeepState

Monitorinq layihəsi DeepState-in analitikləri bildiriblər ki, son 1010 gün ərzində Rusiya Ukraynanın ümumi ərazisinin 1 faizindən azını ələ keçirə bilib.

Tribunainfo.az xəbər verir ki,onlar ümid edirlər ki, bu rəqəmlər hazırda sülh sazişi müzakirə olunan dövrdə ABŞ tərəfdaşlarına da çatacaq.

Məlumata görə, 12 noyabr 2022-ci ildə Rusiya tərəfindən işğal edilən ərazi 108 651 kvadrat kilometr təşkil edirdisə, hazırda bu rəqəm 114 493 kvadrat kilometrdir. Yəni, son dövrdə Rusiya əlavə 5 842 kvadrat kilometr ərazini ələ keçirib. Bu isə Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisinin cəmi 0,96 faizinə bərabərdir.

DeepState-in qeyd etdiyi kimi, işğalçı qüvvələr əsasən müharibənin ilk günlərində irəliləyiş əldə ediblər. Lakin Ukrayna ordusunun şimal istiqamətində, həmçinin Xarkov və Xerson bölgələrində həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal edilmiş ərazilərin böyük hissəsi geri qaytarılıb.

Buna baxmayaraq, 2022-ci ilin noyabrından sonra Rusiya hücumlarını davam etdirib. Xüsusən də ötən payız Bakhmut istiqamətində ağır döyüşlər gedib.

“Ümid edirik ki, bu rəqəmlər ABŞ tərəfdaşlarımıza da çatacaq, çünki görünür, onların hesablamalarında müəyyən uyğunsuzluqlar var”, – deyə DeepState analitikləri əlavə ediblər.

İmran Kərimli

Избранный
114
17
tribunainfo.az

10Источники