RU

Tramp sülh üçün yol tapıb: Zelenski xilas edilir Perinçek

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq məqsədilə Qərb ölkələrinə qarşı hədələrdən istifadə edəcək.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli politoloq, beynəlxalq münasibətlər və xarici siyasət üzrə ekspert Mehmet Perinçek deyib.

O qeyd edib ki, hər şey ABŞ Prezidentinin planı üzrə gedir.

Perinçeyin sözlərinə görə, atəşkəs barədə razılaşma Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunacaq:

“Tramp yekun sülh razılaşmasını Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Avropa liderlərinə təqdim etməyi planlaşdırır. Hesab edirəm ki, ABŞ prezidenti avropalılara təzyiq edəcək və onları Kiyev rəhbərliyinə təsir göstərməyə çağıracaq. Proses bu şəkildə davam edəcək. Tramp belə bir təəssürat yaratmaq istəyir ki, guya razılaşmanı Kiyev adından o bağlayıb və bu yolla Zelenskini çətin vəziyyətdə qoymur”.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
86
50
globalinfo.az

10Источники