RU

SOS: “Uşaqlara kömək” adı ilə əngəlli uşaqlardan təcrübə dovşanı kimi istifadə edilir » AzadMedia.az


Son günlər sosial şəbəkələrdə yayılan videolar cəmiyyəti silkələyib. Diffektoloq Afaq Məmmədovanın paylaşdığı kadrlar əngəlli uşaqlara “müalicə” adı altında verilən əzabları gözlərimiz önündə canlandırdı. Peşəkarlıqdan uzaq, hansı universiteti bitirdiyi belə məlum olmayan şəxslərin açdığı “inkişaf mərkəzləri”ndə uşaqlara tətbiq edilən kobud üsullar hər kəsi dəhşətə gətirdi.

Gözlənilirdi ki, belə faktlardan sonra nəzarət güclənəcək, məsələ ictimai və dövlət diqqətinə gətiriləcək. Amma əksinə, həqiqəti üzə çıxaran Afaq Məmmədovanın özü təhdidlərə məruz qaldı. Çünki “əngəlli uşaqlarla iş” artıq gəlirli biznesə çevrilib. Kim özünün çiçəklənən biznesinə toxunulmasına razı olar? Heç kim. Bu mərkəzlərin arxasında hansısa məmur dayaqlarının olması isə hamıya məlum həqiqətdir.
Bəzi linkləri yerləşdirirəm, əsəbi zəif olanlar baxmasın.

https://www.instagram.com/reel/DNV0KmNMPwc/?igsh=MW4yMG4yM3BjaXc2cQ==

https://www.instagram.com/reel/DKw4wxCtnQ2/?igsh=eWVsZDZ0cGswd2Zr

https://www.instagram.com/stories/afag.speechtherapist/3700429188074963818?utm_source=ig_story_item_share&igsh=MWVjOGo0MHoxajRmOQ==

Məsələ ilə bağlı Uşaq Qaynar Xəttinin rəhbəri Kəmalə Aşumovaya müraciət etdik. Kəmalə xanım ürək ağrısı ilə bildirdi ki, son vaxtlar onların qaynar xəttinə müraciətlərin sayı kəskin artıb:

“Son aylarda bizə daxil olan müraciətlər arasında ən çox narahatlıq doğuran hallar məhz bu mərkəzlərlə bağlıdır. İnsanlar bizə videolar və sübutlar göndərirlər. Görüntülərdə uşaqların sözün əsl mənasında ağrıya məruz qaldığı, “müalicə” adı ilə əzildiyi aydın görünür. Balacaların qışqırması, ağlaması, dəhşət dolu anlar yaşaması onların sağlamlığına zərbə vurur. Ən pisi isə odur ki, valideynlər tez nəticə ümidi ilə bu savadsız adamlara inanırlar. Nəticədə uşağın sağlamlığı, psixikası məhv edilir. Bu, tək bir ailənin deyil, bütöv cəmiyyətin faciəsidir”.

Nəzarət yoxdur, uşaqlar qorunmur

Kəmalə xanımın sözlərinə görə, problemin kökündə nəzarət mexanizmlərinin zəifliyi dayanır. Lisenziya prosedurları formal xarakter daşıyır, monitorinq və davamlı yoxlama isə aparılmır. Nəticədə valideynlər doğru məlumat əldə edə bilmir, uşaqlar isə faktiki olaraq qorunmamış vəziyyətdə qalır.

Bu isə artıq tək-tək halların yox, sistemli böhranın göstəricisidir. Çoxsaylı müraciətlər təsdiqləyir ki, problem kritik həddə çatıb.

Cəmiyyətin qarşısında SOS siqnalı

Uşaqlar heç vaxt kiminsə qazanc hərisliyinin, savadsızlığının qurbanı ola bilməz. Yardım mərkəzləri qorxu və ağrı ilə yox, etibar və qayğı ilə tanınmalıdır. Əgər bu gün biz bu faciəyə göz yumsaq, sabah itiriləcək nəsil bütün ölkənin itkisidir.

Bu səbəbdən dövlət qurumları, valideynlər və ictimaiyyət qətiyyətli mövqe ortaya qoymalı, yardım adı altında əzab verənlərə “dayan” deməlidirlər.

Uşaqları qorumaq – sabah Azərbaycanı qorumaq deməkdir.

İnanıram ki, onlara MMC kimi lisenziya verən Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi, əngəlli uşaqlarla işləmələrinə icazə verən Səhiyyə Nazirliyi, missiyası darda olan ailələrin, uşaqların köməyinə çatmaq olan Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi məsələni ciddi nəzarətə götürəcək.

Elnurə Abuşova



Избранный
57
39
azadmedia.az

10Источники