RU

Qərb Ukraynanın “səma çətiri”ni təmin edəcək?

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, mənəblərə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsində təsbit olunan və hücum zamanı üzv ölkələrin bir-birini müdafiə etməsini nəzərdə tutan öhdəliklərə oxşar təminatların verilməsi imkanları artıq nəzərdən keçirilib. Bununla belə, mənbələr oxşar kollektiv müdafiə mexanizminin yaradılmasının ciddi çətinliklərlə dolu olacağı barədə xəbərdarlıq ediblər. “Eyni zamanda, alternativ olaraq Qərb ölkələri ABŞ öhdəliklərinə, Böyük Britaniya və Fransanın əvvəllər razılaşdırılmış planlarına əsaslanan dəstək modelini, o cümlədən “dəstək qüvvələrinin” təmin edilməsi, monitorinq fəaliyyətləri və “səma örtüyü”nün təşkilini nəzərdən keçirir”, - agentliyin dərc etdiyi materialda vurğulanır. Bundan əvvəl İtaliyanın baş naziri Corca Meloni NATO Nizamnaməsinin 5-ci maddəsinin hərbi alyansa qoşulmadan Ukraynaya şamil olunmasını təklif edib. Ukrayna prezidenti Volodimir Zelenski də bildirib ki, təcrübədə NATO Nizamnaməsinin 5-ci maddəsi ilə eyni şəkildə işləməsi üçün rəsmi Kiyevin təhlükəsizlik zəmanətinə ehtiyacı var. Onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyü də təhlükəsizlik təminatlarının bir hissəsi olacaq. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
20
azvision.az

10Источники