RU

Zelenski istəsə belə, torpaqlarını Rusiyaya güzəştə gedə bilməz Deputat

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"Tramp Zelenski görüşü, çox təəssüf ki, Putin Tramp görüşündən sonra keçirilir. Bu isə Trampın elan etdiyi torpaq mübadiləsi məsələsində əvvəlcədən Putin və razılaşdırdığı söhbətdə əldə edilən nəticəni Zelenskiyə qəbul etdirmək üçün şərtlər yaradır".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bu gün keçiriləcək Zelenski-Tramp görüşünün nəticələrindən danışarkən deyib.

Deputat qeyd edib ki, Zelenski istəsə belə, yenə də torpaqlarını güzəştə gedə bilməz:

"Zelenskinin vəziyyəti isə elədir ki, Ukrayna prezidenti kimi istəsə də torpaqları qüzəştə gedə bilməz və bu, onun intiharı olar. Nəticə etibarilə, Ukraynanın torpaqlarının Rusiyaya verilməsi üçün mütləq Ukrayna Konstitusiyası dəyişdirməlidir. Konstitusiyanın dəyişdirilməsi isə referendum vasitəsi ilə həyata keçirilir. Ona görə də biz siyasətçi kimi Zelenskiyə əsla bu addımı atmaz ya da ata bilməz. Vəziyyət bu qədər dramatik və gərgindir. Belə olan halda da Rusiyanın müharibəni bitirməsi də real görünmür. Çünki Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edib ki, rus əsgərinin ayağının dəydiyi hər ərazi bizimdir. Ona görə də mənə elə gəlir ki, bu danışıqlar böyük ehtimalla nəticəsiz qalacaq".

Parlamentari Rusiya-Ukrayna müharibəsinin Zelenskidən sonrakı mərhələdə həllini tapa biləcəyini deyib:

"Yəqin ki, Rusiya-Ukrayna müharibəsi artıq post-Zelenski mərhələsində həllini tapa bilər. Çünki artıq bütün resurslar tükənir. Avropalılar başa düşürlər ki, ABŞ Avropanın mövqeyini sona qədər dəstəklənməyəcək. Avropa isə tək başına Rusiyanın nüvə müharibəsinə girməyəcək. Vəziyyət bu qədər ciddidir. Belə olan halda Zelenskinin siyasi səhnədən çəkilməsi, ondan sonra gələcək siyasi lider kim olacaqsa, bütün günahları və xətaları Zelenskinin ayağına yazaraq yeni reallıqda yeni qərarlar qəbul etmək imkanlarını yarada bilər".

Mikayıl Mirzəzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
61
50
azxeber.com

10Источники