Aktual.az xəbər verir ki, bunu Azərbaycan əsilli ukraynalı dizayner Elvira Həsənova "Foks Nyus”a açıqlamasında deyib.
"Bazar ertəsi o, yəqin ki, polo geyinməyəcək. Məncə, qara hərbi kostyum, ya da pencək geyinəcək”, - Həsənova bildirib.
Onun sözlərinə görə, qeyri-rəsmi geyim tərzinə görə tənqidlərlə üzləşən Zelenski bu dəfə çox güman ki, daha ciddi görünüşə üstünlük verəcək.
Həsənovanın sözlərinə görə, Zelenskinin şəxsi stilisti yoxdur, nə geyinəcəyinə özü qərar verir.
Qeyd edək ki, Ukrayna liderinin geyim üslubu üzərində azərbaycanlı Elvira Həsənovanın çalışdığı barədə məlumatlar yayılmışdı.