RU

İsrail İran müharibəsində bu metodlarla üstün oldu

"İsrailin 12 günlük İran müharibəsində tətbiq etdiyi yeni metodlar region üçün dərs olmalıdır". Metbuat.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev deyib. Onun bildirib ki, İran ilə 12 günlük müharibə İsrailin yeni mübarizə üsullarını nümayiş etdirdi və bu məqamlar xüsusi diqqət tələb edir. Ekspertin sözlərinə görə, İsrail ilk dəfə mövcud rəqəmsal platformaları, o cümlədən Vatsap və digər messencer yazışmalarını hücum vasitəsinə çevirməyi bacarıb. Bunun nəticəsində İranın idarəçiliyində iştirak edən hərbi-siyasi liderlərin yerdəyişmələri, iş və istirahət ünvanları, istifadə etdikləri avtomobillər və hətta şəxsi yazışmaları daimi nəzarət altında saxlanılıb.
Ədalət Verdiyev qeyd edib ki, Tehranın mərkəzində yüksək rütbəli iranlı komandirlərin şəxsi məkanlarda – hətta yataq otaqlarında belə məhv edilməsi İranın xüsusi rabitə sisteminin yararsız olduğunu və ya ümumiyyətlə mövcud olmadığını ortaya çıxarıb. Onun fikrincə, dövlət idarəçiliyində şifrəli rabitə vasitələrinin istifadədən kənarda qalması İranın ən böyük zəifliklərindən biridir:"Bu müharibə zamanı İran ərazisi həm İsrailin yeni silahlı və hibrid mübarizə metodlarının, həm də ABŞ-nin bunker əleyhinə bombalarının sınaq meydanına çevrilib. Bu, müasir informasiya texnologiyalarının yaxın və orta perspektivdə baş verəcək müharibələrin əsas elementlərindən biri olduğunu göstərir". Ekspert bildirib ki, Azərbaycan bu təcrübədən nəticə çıxarmalı, beynəlxalq İT şirkətləri və proqram təminatçılarla əməkdaşlığı gücləndirməli, həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin imkanlarını artırmalıdır.

Onun fikrincə, mövcud Rusiya və İran təhdidlərini neytrallaşdırmaq üçün Türkiyə, ABŞ, İsrail, Pakistan və digər tərəfdaşlarla birgə daha üstün imkanlara malik regional təhlükəsizlik çətiri qurulmalıdır.

Избранный
18
50
metbuat.az

10Источники