RU

Azərbaycan millisinin sabiq üzvü klub prezidenti oldu

BAKI, 18 avqust. TELEQRAF

Azərbaycan I Liqasının debütantı "Şahdağ Qusar" klubunun yeni prezidenti müəyyənləşib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəni komandanın kapitanı Rahid Əmirquliyev icra edəcək.

35 yaşlı yarımmüdafiəçi həm komandanın kapitanı, həm də klubun prezidenti olacaq.

Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan millisinin sabiq üzvüdür. O, 2023-cü ildən "Şahdağ Qusar"da çıxış edir.

Избранный
106
16
teleqraf.com

10Источники