RU

Zelenski Trampa neçə dəfə təşəkkür edib?

ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gələn Ukrayna Prezidenti Volodimir Zelenski Oval Ofisdə çıxışına təşəkkürlərlə başlayıb.

Modern.az-ın məlumatına görə, Ukrayna lideri ABŞ-ın dəstəyinə görə xüsusilə Trampa minnətdarlığını ifadə edərək səkkiz dəfə “thank you” (“təşəkkür edirəm”) sözünü işlədib.

Zelenski Trampın müharibənin dayandırılması istiqamətindəki şəxsi səylərini yüksək qiymətləndirib:

“Cənab Prezident, ilk növbədə diqqətiniz üçün təşəkkür edirəm. Qətlləri və bu müharibəni dayandırmaq üçün şəxsi səylərinizə görə çox sağ olun,” – deyə o, çıxışında bildirib.

Zelenski eyni zamanda ABŞ-ın birinci xanımı Melaniya Trampa da təşəkkür edib. Xüsusilə, onun Ukraynadan qaçırılan uşaqlarla bağlı Rusiya Prezidenti Putinə ünvanladığı məktubu qeyd edib. O, həmçinin ABŞ-ın təşəbbüsü ilə formalaşdırılan danışıqlar formatını, eləcə də Böyük Britaniya, Fransa və Almaniyanın dəstəyini vurğulayıb: “Bütün tərəfdaşlara təşəkkürlər. Dəvətiniz üçün çox sağ olun.”

Oval Ofisdəki görüşün stenoqramından görünür ki, Zelenski jurnalistlərin suallarını cavablandırarkən daha üç dəfə də təşəkkür ifadə edib.

Beləliklə, Ukrayna lideri Ağ Evdə ümumilikdə 11 dəfə təşəkkür edib.

Qeyd edək ki, bundan əvvəl Ağ Evdə baş tutan görüşdə ABŞ vitse-prezidenti Ci Di Vena Zelenskini Trampa təşəkkür etməməkdə ittiham edib.

 

Избранный
112
50
modern.az

10Источники