Təkcə Avropa müttəfiqləri deyil, həm də Avropadan kənar ölkələr Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasında və təmin edilməsində iştirak edəcəklər.
“Report”un xəbərinə görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
"Biz Avropalı müttəfiqlərimizlə və yeri gəlmişkən, qeyri-Avropa ölkələri ilə belə təhlükəsizlik təminatları yaratmaq üçün işləyəcəyik. Biz hazırda bunun üzərində işləyirik", - Rubio bildirib.
O əlavə edib ki, zəmanətlər “sülh sazişindən sonra yaradılmalıdır ki, Ukrayna gələcəkdə özünü təhlükəsiz hiss etsin”.