RU

Bloomberg: 10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır

Təxminən on ölkə gələcək mümkün sülh sazişinin bir hissəsi kimi Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildirib.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Mənbələr bildirib ki, avqustun 19-da Avropa rəsmilərinin görüşü keçirilib və Britaniya ilə Fransa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı konkret plan müzakirə edilib.

İştirakçılar qoşunların sayı və mövcud olacağı yerləri müzakirə ediblər.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, o, ABŞ administrasiyasının rəhbəri olaraq qaldığı müddətdə Ukraynada Amerika hərbçiləri olmayacaq.

Avqustun 18-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Ukraynada NATO kontingentinin yerləşdirilməsi ilə bağlı hər hansı ssenarini qəbul etmir və bu, münaqişənin nəzarətsiz gərginləşməsinə gətirib çıxara bilər.

Избранный
34
3
report.az

10Источники