RU

10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır

Təxminən on ölkə gələcək mümkün sülh sazişinin bir hissəsi kimi Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildirib.

Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Mənbələr bildirib ki, avqustun 19-da Avropa rəsmilərinin görüşü keçirilib və Britaniya ilə Fransa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı konkret plan müzakirə edilib.

İştirakçılar qoşunların sayı və mövcud olacağı yerləri müzakirə ediblər.

Избранный
42
3
publika.az

10Источники