RU

Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, Gürcüstana gedənlərin sayı artıb

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,8 faiz azalaraq 1188,9 min nəfər olmuşdur.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 0,8 faiz, Gürcüstana gedənlərin sayı 25,9 faiz artmış, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə  28,5 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil etmişdir.

2025-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

 

xaricə səfərlər Azərbaycan vətəndaşları 2025 səfər statistikası Dövlət Sərhəd Xidməti xarici ölkələrə gedənlərin sayı turizm axını Türkiyəyə gedənlər Rusiya Federasiyasına gedənlər Gürcüstana gedənlər İrana gedənlər digər ölkələrə səfər turistlərin cins bölgüsü kişilərin səfərləri qadınların səfərləri hava yolu ilə səfərlər dəmir yolu ilə səfərlər avtomobil ilə səfərlər dəniz yolu ilə səfərlər səfər statistikası turizm göstəriciləri azalan səfərlər artan səfərlər
Избранный
37
2
marja.az

7Источники