RU

Şəhid Səməd Kərimlinin xatirəsi yad edilib - Vətən Naminə

">

VETENNAMİNE.AZ saytının Biləsuvar rayonu üzrə müxbiri xəbər verir ki,16 dekabr 2023-cü il tarixində Vətən müharibəsinin Əliabad kəndindən şəhidimiz Kərimli Səməd İkram oğlunun doğum günü ilə əlaqədar ailəsi və məzarı  ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və yaxınlarına baş sağlığı verilmişdir.

Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Kərimli Səməd İkram oğlu  – 16 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə şəhid Malik Piriyev adına Əliabad kənd tam orta məktəbində təhsil almış və 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə getmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş,  Cəbrayılın Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və  noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 9 noyabr 2020-ci il tarixində Əliabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən şəhid Kərimli Səməd İkram oğlu ölümündən sonra  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur. Şəhid Səməd Kərimlinin adı əbədiləşdirilərək Əliabad kəndində küçələrdən birinə verilmişdir.

Qeyd edək ki, şəhidimizin atası İkram Kərimov Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis Şöbəsinin zabiti olmuş, birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, Qarabağ müharibəsi veteranı idi, vəfat edib. Digər qardaşı Kərimli Elvin İkram oğlu da 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Allah Şəhidlərimizə Rəhmət Etsin!

Bəhruz Əliyev           

Vətən Naminə Mətbuat Xidməti

Избранный
133
50
vetennamine.az

10Источники