RU

Fransa ABŞ-nin BCM üzvlərinə sanksiya tətbiq etməsindən məyus olub

Rəsmi Paris ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) araşdırmaları ilə əlaqəli olan xarici şəxslərə qarşı sanksiyalar tətbiq etməsindən məyus olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən (XİN) məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-nin İsrail rəhbərliyi və ABŞ vətəndaşlarına qarşı hərəkətlərinə görə BCM-in dörd hakiminə, o cümlədən fransız Nikolya Giyuya qarşı sanksiyalar tətbiq etmək qərarı rəsmi Parisi "məyus edib".

Bildirilib ki, tətbiq edilən sanksiyalar müstəqil məhkəmə prinsiplərinə ziddir.

Избранный
30
50
report.az

10Источники