RU

Ukrayna İranla vizasız gediş-gəliş haqqında memorandumu ləğv etdi

Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəliş məsələləri üzrə qarşılıqlı anlaşma memorandumunu ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə hökumətin Ali Radada nümayəndəsi Taras Melniçuk öz “Telegram” kanalında yazıb.

"15 mart 1993-cü ildə Kiyevdə imzalanmış Ukrayna hökuməti ilə İran İslam Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında qarşılıqlı anlaşma memorandumu qüvvədən düşüb", - paylaşımda deyilir.
Избранный
40
14
sherg.az

10Источники