Britaniya İrana qarşı sanksiya rejimi çərçivəsində bir şəxsə və dörd quruma qarşı sanksiyalar tətbiq edib və bildirib ki, onlar Tehranın xarici fəaliyyətlərini, o cümlədən Ukrayna və İsraildə “sabitliyin pozulmasını” dəstəkləyən şəbəkənin bir hissəsidirlər.
Operativ Media xəbər verir ki, bu haqda Britaniya XİN-in yaydığı bəyanatda qeyd edilib.
Xarici İşlər Nazirliyinin bəyanatına görə, sanksiyalar İranın neft maqnatı Məhəmməd Hüseyn Şamxani və gəmiçilik, neft-kimya və maliyyə sektorlarında fəaliyyət göstərən dörd şirkətin aktivlərinin dondurulmasını əhatə edir