ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ konqresmeni, Donald Trampın tərəfdarı Mett Gets sensasion açıqlama ilə çıxış edib. O, Rusiyanın NATO-ya qəbul edilməsini təklif edib.
KONKRET.az xəbər verir ki, Gets bu təklifin şərtli ola biləcəyini deyib: “Mənim bir ideyam var – Rusiyaya NATO-ya üzvlük təklif etmək. Əlbəttə, bu ‘şirinlik’ müqabilində Tramp Putindən hərbi əməliyyatların dayandırılması, iqtisadi əməkdaşlıq və ərazi mübahisələrinin həlli istiqamətində istədiyi hər şeyi ala bilər”.
Gets əlavə edib ki, bu ideya nə qədər qəribə görünsə də, əslində uzun müddətdir həm sağ, həm də sol qanada aid xarici siyasət ekspertləri arasında müzakirə olunur. Onun sözlərinə görə, Rusiyanın NATO-da tərəfdaş kimi yer alması Qərb və Moskva münasibətlərinə tamamilə yeni nəfəs verə bilər.
Natiq Səlim,
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.