RU

ABŞ-dən müttəfiqlərinə qadağa

Vaşinqton administrasiyası ABŞ kəşfiyyatına “Beş göz” alyansının üzvlərinə Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva və Kiyevlə danışıqlara dair heç bir məlumat verməməyi tapşırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumataa görə, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Amerika kəşfiyyat agentliklərinə bu alyansın üzvlərinə Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı heç bir məlumat verməməyi əmr edib. 

Qeyd edək ki, ABŞ-dən başqa alyansa Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiya daxildir.

Qadağanın səbəbləri barədə məlumat verilmir.

Избранный
7
1
qafqazinfo.az

7Источники