Azərbaycanlı FİFA referisi Elçin Məsiyev futbol üzrə Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümünün pley-off matçını idarə edib.
Arena.az xəbər verir ki, o, “Çelye” (Sloveniya) – “Banik” (Çexiya) oyununun baş hakimi olub.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Elçin Məsiyev qonaq komandadan 4, meydan sahiblərindən isə 3 futbolçuya sarı vərəqə göstərib. O, “Çelye”nin baş məşqçisi Albert Rieraya da sarı vərəqə göstərib. İspaniyalı mütəxəssis texniki zona qaydasını pozduğuna görə bu cəzanı alıb.
Məsiyevə bu oyunda yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Fərid Hacıyev dördüncü hakim, Rəşad Əhmədov isə VAR-assistent funksiyasını yerinə yetirib.
Qeyd edək ki, sözügedən komandalar arasındakı cavab qarşılaşması gələn həftə – avqustun 28-də keçiriləcək.