RU

Azərbaycan millisinin oyunlarının tarixi bilindi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib.

AFFA-dan "Unikal"a verilən məlumata görə, B Liqasının 1-ci qrupunda yer alan yığma oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq. Matçlar Moldovada təşkil olunacaq.

Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcək.

Избранный
35
15
unikal.az

10Источники