Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.
Modern.az xəbər verir ki, AFFA-nın məlumatına görə, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüş Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edilib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.