RU

AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat aldı

BAKI, 23 avqust. TELEQRAF

AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva UEFA-dan növbəti təyinatını alıb.

Teleqraf xəbər verir ki, Mehtiyeva Konfrans Liqasının pley-off mərhələsinin "Beşiktaş" (Türkiyə) -"Lozanna" (İsveçrə) cütünün cavab oyununda UEFA nümayəndəsi olacaq.

Görüş avqustun 28-də İstanbuldakı "Türpaş" stadionunda təşkil ediləcək.

Komandalar arasında İsveçrədə keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Избранный
46
2
teleqraf.com

6Источники