RU

İngiltərədə hotellərdə yerləşdirilən miqrantlara qarşı etiraz aksiyaları davam edir

London, 22 avqust, AZƏRTAC

İngiltərədə sığınacaq axtaran miqrantların yerləşdirildiyi 26 oteldə antimiqrant aksiyaları elan olunub.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, aksiyaların İngiltərənin müxtəlif şəhərlərində həftəsonu keçirilməsi planlaşdırılıb.

Bu gün İngiltərənin Portsmut şəhərində keçirilən aksiyada antiimmiqrasiya tərəfdarları ilə əks-etirazçılar üz-üzə gəlib. Polis iki qrup arasında məsafə saxlanmasını təmin edib. Antiimmiqrant qrup “Onları evlərinə göndərin” şüarı səsləndirərkən, əks-etirazçılar “Qaçqınlar burada xoş qarşılanır” deyə cavab veriblər.

Qeyd edək ki, Esseksdəki “The Bell Hotel” qarşısında keçirilən aksiyadan sonra etirazların sayı artıb. Norveçdə keçirilən nümayiş zamanı iki nəfər saxlanılıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
20
3
azertag.az

7Источники