Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.