17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib.
AFFA-dan verilən məlumata görə, B Liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova futbolçuları ilə qarşılaşacaq. Oyunlar Moldovada təşkil olunacaq.
Qabil YUSİFOĞLU
XQ