RU

Avtobusda sürücü və sərnişin arasında ƏLBƏYAXA DAVA - VİDEO

Bakıda 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü və sərnişin arasında insident yaşanıb.

XəzərNews.az xəbər verir ki, Bu barədə Publika.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Saat 20:00 radələrində tərəflər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Mübahisəyə səbəb sərnişinin kartı oxutmadan əyləşməsi olub. Sürücünün bununla bağlı xəbərdalığına sərnişin aqressiv rekasiya verib. Daha sonra onlar bir-birinə yumruq atıblar.

Məsələyə polis müdaxilə edib. Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.



Xəbər 6 dəfə oxunub.
Избранный
22
13
xezernews.az

10Источники