RU

Tramp Merilend ştatına qoşun göndərməyi təklif etdi

BAKI, 25 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Merilend ştatının qubernatoru Ues Mura cinayətkarlıqla mübarizə məqsədilə bu ştata hərbçilər göndərməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu təklifi o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

"Əgər Ues Mur, (Kaliforniya qubernatoru - red.) Qevin Nyusom kimi köməyə ehtiyac duyursa, mən oraya "qoşun" göndərəcəyəm. Bu artıq qonşu Vaşinqtonda edilib. Tezliklə cinayətkarlıqdan xilas olacağam", - paylaşımda deyilir.

Tramp qeyd edib ki, Merilend ştatının Baltimor şəhəri qətllərin sayına görə ölkədə dördüncü yeri tutur.

Избранный
52
8
teleqraf.com

10Источники