RU

Avropa çempionatının B divizionunda ardıcıl 3-cü məğlubiyyət

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda üçüncü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamızın rəqibi Slovakiya komandası olub.

Görüş komandamızın 62:70 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan yığması daha əvvəl İsveçə (57:84) və Niderlanda (49:81) uduzaraq qrupda sonuncu - 5-ci pillədə qərarlaşıb.

Növbəti rəqib sabah Lüksemburq komandası olacaq. Oyun 21:30-da başlayacaq.

Избранный
118
2
sportinfo.az

10Источники