RU

Füzulidə suda batan yeniyetmənin axtarışları üçün Baş Mil kanalı qurudulacaq - FOTO

Bu gün Baş Mil kanalına suyun verilməsi dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, buna səbəb 2 aya yaxındır ki Füzuli rayonunun Kərimbəyli kəndində suda batan Nihad Nağızadənin axtarışıdır.
 
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin iyunun 27-də su kanalında batdığı ehtimal edilir.
 
Həmin vaxtdan onun axtarışına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunsa da, hələlik bir nəticə əldə olunmayıb.
 
Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdi idi.
Избранный
36
8
moderator.az

9Источники