RU

Günəş enerjisi istehsalı 13 faizdən çox artıb

2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanda 15 milyard 639,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. Onun 15,1 milyard kVt-saatını əmtəəlik elektrik enerjisi təşkil edib.

İstilik elektrik stansiyalarında istehsal 12,6 milyard kVt-saat olub və əvvəlki illə müqayisədə 0,9 faiz artıb. Tullantıların yandırılmasından əldə edilən elektrik enerjisinin həcmi isə 132,1 milyon kVt-saat təşkil edib ki, bu da illik müqayisədə 0,7 faiz azdır.

Hesabat dövründə su elektrik stansiyalarında istehsal 2 milyard 79,6 milyon kVt-saat səviyyəsində qeydə alınıb və 12,5 faiz artıb. Günəş elektrik stansiyalarında istehsal 334,2 milyon kVt-saat olub ki, bu da 13,1 faiz artıma bərabərdir. Külək elektrik stansiyalarında isə göstərici 27,5 milyon kVt-saat təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 18,6 faiz azalıb.

Eyni zamanda, suyun təmizlənməsi və bölüşdürülməsi xidməti üzrə həcmlər 387 milyon kubmetrə çataraq 18,3 faiz artım nümayiş etdirib.

Избранный
105
34
vergiler.az

10Источники