RU

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizdən çox artdı

BAKI, 25 avqust. TELEQRAF
2025-ci ilin yanvar-iyun aylarındapərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 17394,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1,1 faiz azaraq 9609,4 milyon manata, qeyri-ərzaq malları isə 11,9 faiz artaraq 7785,4 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,0 faiz artmışdır. İstehlak məhsullarının 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,3 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

Избранный
4
7
teleqraf.com

10Источники