RU

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində pərakəndə ticarətdövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4faiz artaraq 17,394 milyard manat olub.

Bu barədə Trend Bakı şəhər Statistika İdarəsinə istinadənxəbər verir.

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları,içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyunayları ilə müqayisədə 1,1 faiz azaraq 9,609 milyard manata,qeyri-ərzaq malları isə 11,9 faiz artaraq 7,785 milyard manatolub.

Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilinyanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədəmüəssisələr üzrə 8,5 faiz, fərdi sahibkarlar, bazar vəyarmarkalarda isə 2,0 faiz artıb. İstehlak məhsullarının 38,4 faizihüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlaraməxsus ticarət obyektlərində, 11,3 faizi isə paytaxtın əmtəəbazarlarında satılıb.

Избранный
37
4
az.trend.az

10Источники