RU

Mağaza sahibindən maraqlı addım həmin müştərilərə bir çörəyi pulsuz verəcək FOTO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Türkiyənin Eskişehir vilayətində xırda pul çatışmazlığı yaşayan bir təndir sahibi, problemi həll etmək üçün qeyri-adi bir kampaniyaya imza atıb. Çörəkçi, 100 ədəd 50 qəpik gətirən müştərilərə 1 çörəyi pulsuz verəcəyini elan edib.

Çörəkçi Kadriye Eser açıqlamasında belə deyib:

"Xırda pul ehtiyacımız olduğu üçün dükanın şüşəsinə elan yapışdırdıq. Əlimizdə kifayət qədər yoxdur, Mərkəzi Bankada da tapılmadığı üçün bu kampaniyanı başladıq. Pulun qalığını qaytaranda çətinlik çəkirik. Bəzən müştərilərdən '50 qəpiyiniz varmı?' deyə soruşuruq."

O, xüsusilə 50 və 25 qəpiyə ehtiyaclarının böyük olduğunu, lakin 1 lirəyə ehtiyac duymadıqlarını vurğulayıb.

Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
2
news.milli.az

10Источники