RU

“Kibernetika və İnformatika Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans öz işinə başlayıb

Bu gün AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfransın (PCI 2025) açılış tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, konfrans AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu və Yunanıstanın Thessaly Universitetinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş nitqi ilə İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq qonaqları salamlayıb, aktual mövzulara həsr olunan konfransın əməli əhəmiyyətinə toxunub. Həmtəşkilatçılara təşəkkürünü ifadə edən akademik konfransa öz işində uğurlar arzu edib. Sonra konfrans açılış paneli ilə öz işinə davam edib. Paneldə Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, Sumqayıt Dövlət Universitetinin rektoru Əminağa Sadıqov, ABŞ-ın Wayne Dövlət Universitetinin professoru Boris Mordukhovich, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun professoru Orken Mamyrbayev və ABŞ Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) professoru Abzetdin Adamov çıxış edərək konfransın əhəmiyyətinə toxunublar.

Daha sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam edib.

Qeyd edək ki, 1998-ci ildən etibarən Bakı şəhərində silsiləvi şəkildə keçirilən konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək kibernetika və informatika sahələrində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.

Hibrid formatda keçirilən və üç gün davam edəcək konfransda Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri, həmçinin dünyanın müxtəlif qabaqcıl ölkələrinin, o cümlədən Türkiyə, Yaponiya, Qazaxıstan, Avstriya, Özbəkistan, Ukrayna, Rusiya,Qırğızıstan, ABŞ, Belarus, Slovakiya, Çin, Gürcüstan, Bolqarıstan, Monteneqro, Yunanıstan, Macarıstan, Estoniya, Kipr, Avstraliya, Latviya, Böyük Britaniya, Fransa, Moldova, Belçika, Polşa, Kanada, Yaponiya, İsveç və digər ölkələrin alim və tədqiqatçıları iştirak edirlər. Beynəlxalq konfransa ümumilikdə 240 məruzə təqdim edilmiş, onlardan 140 məruzə qəbul edilmişdir. Seçilmiş məruzələrin “IEEE Xplore” elektron kitabxanasına daxil edilməsi nəzərdə tutulur.

Избранный
49
34
unikal.az

10Источники