“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.
Operativ Media xəbər verir ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib. Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.