RU

Vitkoff bu həftə Ukrayna nümayəndələri ilə görüşəcək

ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Steven Vitkoff bu həftə Ukrayna nümayəndələri ilə görüşəcək.

"Report"un məlumatına görə, bu barədə rəsmi "Fox News"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, görüş çox ciddi siqnal olacaq.

Vitkoff vurğulayıb ki, ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva ilə gündəlik dialoq aparır.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli olmadığı halda Rusiya Federasiyası ilə “iqtisadi müharibəyə” hazır olduğunu bəyan edib.

"Mən bunun dayanmasını istəyirəm. Bu, dünya müharibəsi olmayacaq, amma iqtisadi müharibə olacaq bu iqtisadi müharibə pis olacaq, Rusiya üçün pis olacaq, bunu istəmirəm", - Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Избранный
16
4
report.az

10Источники