RU

Motosiklet və avtomobil toqquşub, sürücü hadisə yerində ölüb


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadissəsi olub. Belə ki, Neftçilər prospekti 83 ünvanında 2004-cü il təvəllüdlü İsmayılov Əlvan Heybət oğlu idarə etdiyi “Honggi” markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Zeynalzadə Yəhya Fuad oğlunu vurub.
Motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Mətləb

Избранный
31
14
baki-xeber.com

10Источники