RU

Bakıda evlərdən qızıl-zinət əşyaları və mobil telefonlar oğurlanıb

Binəqədi rayon sakini polisə müraciət edərək evindən 6000 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib. 

Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə bu əməli törətməkdə şübhəli bilinən 22 yaşlı A.Əlmuradov saxlanılıb.  

Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə paytaxt sakininin evindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı R.Talıbov tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Избранный
27
9
xalqqazeti.az

10Источники