RU

"Qarabağ"ın ÇL-nin əsas mərhələsindəki rəqibləri nə vaxt bilinəcək?

Bu gün "Ferentsvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla Çempionlar Liqasında əsas mərhələyə adlayan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəlli olub.

"Football-plus.az" xəbər verir ki, yarışın əsas mərhələsinin püşkü sabah Monako şəhərində atılacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. Tədbirdə "Qarabağ" rəhbərlik səviyyəsində təmsil olunacaq.

Əsas mərhələdə "Qarabağ"ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyundanlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək.

Xatırladaq ki, bu mərhələdə 36 komanda iştirak edəcək.

Избранный
30
6
football-plus.az

10Источники