"Ferensvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəlli olub.
Bizim.Media xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü avqustun 28-də Monako şəhərində atılacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Tədbirdə "Qarabağ" klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.
Liqa mərhələsində "Qarabağ"ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü isə səfərdə keçirəcək.
Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта