RU

Kiyevə kütləvi hava zərbələri: 4 ölü, 20-dən çox yaralı var

Rusiya Kiyevə kütləvi hava zərbələri endirib.

Publika.az xəbər verir ki, nəticədə 4 mülki şəxs həlak olub, 20-dən çox insan yaralanıb. Onların arasında uşaqlar da var.

9 saatdan çox davam edən hücumlar səbəbilə şəhərdə silsilə güclü partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.

Избранный
15
2
publika.az

9Источники