RU

Azərbaycan əsilli qadın Ukrayna hərbi kəşfiyyatına işləməsi ittihamı ilə həbs edildi

BAKI, 28 avqust. TELEQRAF

Rusiya vətəndaşı olan Azərbaycan əsilli qadın həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Kommersant" nəşrinin Telegram kanalında məlumat yayılıb.

O, Ukrayna hərbi kəşfiyyatına işləməkdə günahlandırılıb.

Ryazan şəhərində keçirilən məhkəmə prosesində 55 yaşlı qadın dövlətə xəyanətdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun ad-soyadı açıqlanmır.

Məhkəmənin istintaq materiallarına əsasən, qadın Ukraynanın hərbi kəşfiyyat orqanları ilə əməkdaşlıq edib. O, Rusiya təhlükəsizliyinə qarşı istifadə oluna biləcək məlumatlar əldə etməyə cəhddə günahlandırılıb.

Cinayət işi üzrə digər detallar ictimaiyyətə açıqlanmayıb.

Избранный
11
1
teleqraf.com

2Источники