RU

Ərdoğan Zelenski ilə telefonda danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonda danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, telefon danışğı zamanı Türkiyə ilə Ukrayna arasındakı ikitərəfli əlaqələr, Ukrayna ilə Rusiya arasında planlaşdırılan sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini, Türkiyənin müharibəni qalıcı sülhlə bitirmək üçün səylərini davam etdirdiyini, sülhün bərqərar olması ilə Türkiyənin Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini bildirib.
Prezident Ərdoğan Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların gücləndirilməsi və davam etdirilməsinin vacibliyini, Türkiyənin sülhə yol açacaq yüksək səviyyəli təmasların asanlaşdırılması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Избранный
2
15
yeniavaz.com

10Источники