RU

Medianın İnkişafı Agentliyi və Sinxua Xəbər Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə ÇinXalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında mediasahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə AzərbaycanRespublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasındabildirilib.

"Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında mediasahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslananəməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişafetdirilməsidir.

Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuranlayihələr üzrə birgə fəaliyyəti, eyni zamanda iclas, seminar,praktiki məşğələ, təlim, konfrans və digər bu kimi tədbirlərintəşkili, media sahəsinə məsul rəsmi şəxslərin və müvafiqekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur", - deyəqeyd olunub.

Избранный
102
48
az.trend.az

10Источники