RU

“Şamaxı” 400-cü səfər qoluna imza atıb

Yazını böyüt
Yazını kiçilt

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb.

Hafta.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, yubiley qolunun müəllifi Edqar Adilxanov olub. O, Misli Premyer Liqasının III turunun “Sumqayıt”la görüşündə (1:1) fərqlənib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında da çıxış edən klubun 400-cü qolu 348-ci səfərə təsadüf edib. “Şamaxı” bu göstəricidə 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” rəqib meydanlarında daha çox fərqlənib.

Qeyd edək ki, klub tarixində ilk səfər qolunun müəllifi 1999-cu il noyabrın 28-də “ANS-Pivani”nin qapısına (1:4) yol tapan Rövşən Süleymanov olub.

Избранный
53
6
hafta.az

10Источники