Yazını böyüt
Yazını kiçilt
İsveçrənin "Nestle" korporasiyası baş direktor Loran Freksi vəzifəsindən azad edib.
Hafta.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. Daxili araşdırma nəticəsində məlum olub ki, Loran Freks şirkətin daxili qaydalarını pozaraq birbaşa ona tabe olan əməkdaşı ilə sevgi münasibətində olub. "Nestle"nin yeni baş direktoru daha əvvəl şirkətin vitse-prezidenti vəzifəsində çalışmış Filip Navratil təyin edilib.