Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə Axar.az-a FHN-dən bildirilib.
Bildirilib ki, Tovuz rayonu Çilovdarlı kənd sakinləri 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyev və 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalına ehtiyatsızlıqdan düşərək boğulub ölüblər.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.