DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Reykyavik şəhərinə yola düşüb.
Rekord.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.
Komandamız sentyabrın 4-də, Bakı vaxtı ilə saat 22:30-da matçın baş tutacağı “Lauqardalsvollur” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.