Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 110 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.
QHT.az xəbər verir ki, həmçinin uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə həssas kateqoriyadan olan uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri davam etdirilir.
Görülən tədbirlər nəticəsində bu il 174 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.